Uşaqlarda astma xəstəliyi nədir?


Digərləri 10 Fev 2018 22:40:00 485 0

Uşaqlarda astma xəstəliyi nədir?

Uşaqlarda astma xəstəliyi öskürək, xırıltı, nəfəs darlığı ilə xarakterizə edilir. Adətən üst tənəffüs yollarının infeksiyaları ilə bağlıdır.

Dərmanlardan sonra bir müddət düzəliş olsa da yenidən təkrarlayır. Siqaret dumanı, rütubət, kimyəvi qoxular, hava kirliliyi xəstəliyin şiddətini artırır.

Bəs uşaqlarda astma nə üçün yaranır?

Son.az immunitet.az-a istinadən bildirir ki, körpəlik zamanı astmanın 90 faizi allergiya xarakterli olur. Allergik-astma genetikdir.

Astma uşaqların ilk 2 ilində özünü biruzə verir. Peyvənd olunan belə xəstələrin yaxşılaşma faizi daha yüksəkdir.

Körpələrdə astma necə bilinir?

Öskürək, xırıltı, nəfəs darlığı, əlamətlərin gecə artması astmanın xüsusiyyətidir. 30 dəqiqə ərzində davam edən və bronxları genişləndirən dərmanlara müsbət effekt verən öskürəklər astma xəstəliyi kimi qəbul edilməlidir.

Astmaya səbəb olan olan allergiyanın hansı maddəyə qarşı olduğunu allerji dəri testləri vasitəsi ilə yoxlanılır. Dəridəki qızartının şiddətinə görə dəyərləndirilib xəstənin nəyə qarşı allergiyası olduğunu bilmək lazımdır.