İsti çay xərçəngə səbəb ola bilər


Digərləri 10 Fev 2018 22:15:00 337 0

İsti çay xərçəngə səbəb ola bilər

Çin alimləri isti çayın siqaret və spirtli içkilər ilə müntəzəm olaraq istehlak edilməsi nəticəsində, qida borusu xərçəngi təhlükəsini artırdığını bildiriblər.

Milliı.Az Sputnik-ə istinadən xəbər verir ki, "Annals of İnternal Medicine" jurnalında dərc olunan məqaləyə görə, çinli alimlər araşdırma vaxtı 30 ilə 79 yaş arasında 456155 nəfərin 10 il ərzində sağlamlıq vəziyyətlərini və qidalanma vərdişlərini təhlil ediblər. Bu şəxslər arasında 1731 nəfərdə qida borusu xərçənginə rast gəlinib.

Mütəmadi olaraq hər gün çay içən və ən azı 15 qram alkoqol qəbul edən şəxslərin yemək borusu xərçənginə yoluxma təhlükəsinin 5 dəfə artdığı məlum olub. Siqaret çəkən şəxslərin eyni xəstəliyə yoluxma riskinin isə 2 dəfə artdığı müəyyən edilib.

Alimlər hərarəti 65-C dərəcədən yuxarı olan içkilərin daxili orqanlara zərər verdiyini və xərçəng riskini artırdığını bildiriblər.