Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir


Digərləri 10 Fev 2018 22:20:00 532 0

Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir

Son illər orqanizmin təmizlənməsi istiqamətində həyata keçirilən prosedurların içərisində ən məşhurlarından biri də qaraciyərin tübaj edilməsidir. Bir çox fırıldaqçılar bu vasitə ilə insanları aldadaraq pul qazanırlar. Onlar insanları tübaj edərək orqanizmlərini toksin və şlaklardan təmizləyir və çoxlu pul qazanırlar. Amma tübajı özünüz ev şəraitində tətbiq edərək qaraciyərinizi təmizləyə bilərsiniz. Tübajın tətbiq edilməsi heç də düşünüldüyü kimi çətin proses deyil. Aşağıdakıları oxumaqla heç bir pul xərcləmədən ev şəraitində tübaj etmək mümkündür. Son.az immunitet.az-a istinadən bildirir ki, tübaj qaraciyərin təmizlənməsi üçün tətbiq edilən prosedurdur. Bu zaman qaraciyər təmizlənir və öz funksiyasını normal həyata keçirir. Tübaj tətbiq edildikdən sonra mədə-bağırsaq sisteminin işi normallaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, öd kisəsindəki qumlar və xırda daşlar xaric olunur. Tübaj alternativ tibbi prosedurlardan hesab edilir və onu ev şəraitində asanlıqla həyata keçirmək mümkündür. Prosedurun həyata keçirilməsinə göstərişlər: Qaraciyərin xalq təbabəti yolları ilə təmizlənməsinin tarixi çox da qədimlərə gedib çıxmır. Bu prosedur bir çox hallarda həyata keçirilə bilər. Tibbdə tübaj öd kisəsinə zondun daxil edilməsi ilə həyata keçirilir. Amma tübajı zondsuz və ödqovucu preparatların köməyi ilə də həyata keçirmək mümkündür. Bu vasitə ötən əsrin 40-cı illərindən Q.S. Demyanov tərəfindən irəli sürülmüşdür və indiyə kimi tətbiq edilir. Qaraciyər orqanizm üçün ən vacib sayılan orqanlardan biridir. O hətta embrionun əmələgəlmə prosesində də iştirak edir. Qaraciyər ömür boyu işləyir və filtirasiya rolunu həyata keçirir. Qaraciyər orqanizmi toksinlərdən, şlaklardan, hormon artıqlarından təmizləyir, maddələr mübadiləsinin sintezində və həzm prosesində yaxından iştirak edir. Sağlam qaraciyər uzun ömür yaşamanın, cavan qalmanın və gözəlliyin sığortasıdır. Bəs qaraciyərin nə zaman təmizlənməyə ehtiyacı olur? Aşağıdakı hallarda qaraciyər təmizlənməlidir: * qaraciyər nahiyyəsində sızıldayıcı diskomfort hissi meydana gəldiyi zamanda * gözdə sarılıq əlamətləri, dəri ləkələri olduqda * ağızda acılıq hissi və dildə ağ ləkələr olduğu zamanlarda * orqanizmin çəkisinin səbəbi bəlli olmadan artması * bağırsaq problemləri * qanda xolesterinin miqdarının yüksək olması * depressiv vəziyyətlər, isteriyaya meyilliyin olması * qadınlarda aybaşı pozğunluqları meydana çıxdıqda. Bu əlamətlərin olduğu zaman xəstələrə həkimlə məsləhətləşmək tövsiyə edilir. Tibbdə xəstələrə qaraciyər patologiyası diaqnozu qoyulduğu zaman həkimlər əsasən tibbi yollarla müalicə tətbiq edir. Qaraciyər patologiyalarının ən çox aşağıdakı xəstəliklərlə müşayət olunduğu zaman tübaj tətbiq edilir: * xolisistit * öd axınının motor funksiyasının pozulmaları (diskineziya) * pankreatit * duadenit * öd durğunluğu ilə müşayət edilən hepatit. Zond vasitəsilə tübaj tətbiq edildiyi zaman xəstənin öd kisəsi boşaldılır. Bu zaman öd kisəsi yuyulur və qaraciyərin yükü aradan qalxır. Kimlərə əks göstərişdir: Tübaj aşağıdakı hallarda tətbiq edilə bilməz: * hamiləlik və uşaqəmizdirmə zamanı * daxili orqanların xroniki xəstəlikləri zamanı * mədə və onikibağırsaq xəstəlikləri zamanı. Tübaj etmək istəyənlərdə qızdırma, narahatçılıq hissi, ağrı pristupları olduqda prosedur saxlanılmalıdır. Soyuqlama və qrip xəstəlikləri zamanı da tübaj etmək məsləhət görülmür. Hecə hazırlaşmalı? Tübaj tətbiq edən zaman xəstələri əvvəlcədən hazırlamaq lazımdır. Prossedura mütləq əvvəlcədən hazırlaşmaq lazımdır. Bu zaman xəstələr 3-4 gün əvvəlcədən dieta saxlamalı, bitki və süd qidaları qəbul etməli, yağlı, qızardılmış, kəskin qidalardan uzaq durmalıdır. Tübaj müalicə kursu kimi həyata keçirilir. Bu zaman xəstəyə 4-8 dəfə tübaj tətbiq edilir, bu prosedurlar arasında 3-4 gün fasilə verilir. Tübaj tətbiq edilən zaman xəstəyə imalə qoyulur. İmalənin səhər tezdən və ya bazar günü tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir. İmalədən sonra xəstənin ən azı 3 saat uzanmış vəziyyətdə qalması lazım gəlir. Tübaj qara ciyərin təmizlənməsidir. Qaraciyəri ev şəraitində necə təmizləmək olar? Tübajı müxtəlif vasitələrlə həyata keçirmək mümkündür. Ən çox aşağıdakı tübaj növləri tətbiq edilir: * mineral su ilə tübaj * maqneziumla tübaj * sorbitlə tübaj. Ev şəraitində mineral su ilə tübajın tətbiq edilməsi Mineral su ilə tübaj öz effektini qısa bir zamanda göstərir. Bu hər yaşda olan xəstələrə - hətta uşaqlara da tətbiq edilir. Bu zaman çoxlu miqdarda keyfiyyətli mineral su lazım olur. Adətən tübaj zamanı Nazran, Borjomi, Smirnovski və s. mineral sullarından istifadə edilir. 1. Tübaj tətbiq edilən zaman mineral su axşamdan hazırlanmalıdır. Bu məqsədlə qazının çıxması üçün mineral su olan şüşənin qapağı axşam açılır. Səhər o 45*-yə qədər isidilir, qrelka hazırlanır. 2. Səhər acqarına xəstə sağ tərəfi üstündə uzanır, bir-neçə udum mineral su içir. Bu zaman xəstə rahat uzanır və qrelka onun sağ qabırğaaltı nahiyəsinə qoyulur. Bu zaman xəstənin öd axarlarının sfinktorunda olan spazmlar aradan qalxır və öd rahat axır. 10-15 dəqiqə sonra xəstə yenidən mineral su içir və qrelkanın üstündə uzanır. 3. Xəstə 20-30 dəqiqə sonra ödqovucu səhər yeməyi (qoql - moql), limon şirəsi sıxılmış bal yeyir, ödqovucu çay (acıqovuq, zəncirotu, andız, şam yarpağı dəmləməsi) içir. Sonra xəstə sol tərəfi üzərində uzanır, bu zaman yenə xəstə qrelkanı sağ tərəfində saxlayır. Xəstə bu vəziyyətdə 2 saata qədər uzanır. Bu müddət ərzində xəstə az-az mineral su içir. 4. Vaxtaşırı xəstəyə dərindən nəfəs almaq tapşırılır. Bu defekasiya aktının meydana çıxmasına səbəb olur. Bu isə nəticənin əldə edilməsi deməkdir. Maqneziumla tübaj. Maqnezium vasitəsilə də qaraciyərin təmizlənməsinə nail olmaq mümkündür. Bu ev şəraitində tübaj etmək üçün ən məşhur üsullardan biridir. Bu tübaja bəzən "kor tübaj" deyilir. Maqnezium sulfat toz halında satılan dərman preparatlarındandır. Ondan tübaj tətbiq edən zaman geniş istifadə edilir. Bu preparat ödqovucu, öd axarlarının əzələsini rahatlaşdırı