Afrində 3 əsgər şəhid olub, 5 hərbçi yaralanıb


Dünya 10 Fev 2018 21:56:00 318 0

Afrində 3 əsgər şəhid olub, 5 hərbçi yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında bir neçə hərbçi şəhid olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Hürriyyet" Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün keçirilən hərbi əməliyyatlarda 3 hərbçi həlak olub. Əməliyyat zamanı habelə daha 5 hərbçi yaralanıb.

Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD və YPG-nin, habelə İŞİD-in azı 15 terrorçusunu zərərsizləşdirib.