Namazda dua nə vaxt edilməlidir və namazdan sonra əllər üzə çəkilməlidirmi?


Digərləri 10 Fev 2018 20:55:00 408 0

Namazda dua nə vaxt edilməlidir və namazdan sonra əllər üzə çəkilməlidirmi?

İstər fərz, istərsə də sünnə namazlarında səcdədə və namazın sonunda, salamlardan əvvəl istədiyiniz qədər dua edə bilərsiniz. Amma sonuncu səcdəni xüsusiləşdirib həmişə son səcdədə dua etmək doğru deyil, çalışın müxtəlif səcdələrdə dua edin. Həmçinin, azan və iqamə arasında da dua etmək icazəlidir.

Son.az zikr.az-a istinadən bildirir ki, dua etdikdən sonra əlləri üzə sürtmək sünnəyə müxalif olan əməldir. Bu haqda Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan hədis zəifdir. Ona görə bundan çəkinmək lazımdır.