Dualarımız niyə qəbul olunmur?


Digərləri 10 Fev 2018 20:45:00 242 0

Dualarımız niyə qəbul olunmur?

Bizlərdən bir çoxu şikayət edir ki, hər gün Allaha tərəf əllərimizi açmağımıza və o cümlədən, ziyarətlərə getməyimizə, Ərbəin yürüşündə iştirak etməyimizə baxmayaraq, dualarımız qəbul olmur.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Səccada (ə) sual verirlər ki, necə olur ki, dualarımız qəbul olunmur? Həzrət (ə) buyurur: "Duanın yerinə yetməsinə mane olan günahlar ibarətdirlər:

-       niyyətin pis olması,

-       batinin napak olması,

-       Allah tərəfindən həmin duanın yerinə yetməsinə ümidin olmaması,

-       vacib namazı təxirə salmaq,

-       danışan zaman söyüşdən və pis sözlərdən istifadə etmək".

Niyyətin pis olması.

Əgər insan niyyət edən zaman nəfsi ona qalib gələrsə, belə dualar İlahi hədəf daşımazsa - o zaman yerinə yetməsində maneələr yaranar. İmam Əli (ə) buyurur: "Hər kimin niyyəti yaxşı olarsa, tövfiq ona yardım edəcəkdir".

Batinin napak olması.

Yəni, bu insan - bilərəkdən və ya bilməyərəkdən şeytanın (lən) quludur və insanların xeyirini istəmir. O, insanlara həsəd aparır və onların qəminə sevinir.