İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq


Digərləri 10 Fev 2018 20:32:00 341 0

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də strukturuna daxil edəcək təhsil ocağı dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq.

Dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan İlahiyyat İnstitutuna hazırda inzibati bina axtarılır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Xəzər Xəbər"ə deyib ki, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir.

İnstitut üçün yataqxana ayrılması da planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.

Gündüz İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz.


Xəbərə aid video