Afrində daha 1 kənd terrorçulardan azad olundu


Dünya 10 Fev 2018 20:03:00 257 0

Afrində daha 1 kənd terrorçulardan azad olundu

Suriyanın Afrin bölgəsində daha bir kənd terrorçulardan azad olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyə Ordusu və "Azad Suriya Ordusu" tərəfindən Afrinin qərbindəki Deyr Ballut yaşayış məntəqəsi də PYD terrorçularından azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.