Nərimanovda kafedə yanğın olub


Digərləri 10 Fev 2018 19:11:00 210 0

Nərimanovda kafedə yanğın olub

Paytaxtda yanğın hadisəsi qeydə alınıb.

Son.az FHN-nin saytına istinadən bildirir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən kafenin tüstü bacasının ətrafı 4 m2 sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.