"Azərsu" bu il görəcəyi işləri açıqladı VİDEO


Digərləri 10 Fev 2018 19:14:00 230 0

"Azərsu" bu il görəcəyi işləri açıqladı  VİDEO

2018-ci ildə regionlarda görülən işlər çərçivəsində Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı və Ağcabədi şəhərlərində kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşdırılacaq. Eyni zamanda Daşkəsən, Göyçay və Qəbələ şəhərlərində, həmçinin Bakının Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğuların tikintisi başa çatdırılacaq. Bir sıra şəhərlərdə isə su şəbəkələrinin tikintisi yekunlaşdırılacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı məlumat verib.

Onun dediyinə görə, əhalinin keyfiyyətli içməli su ilə təminatı məqsədilə paytaxtın bəzi prospekt və küçələrində su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulub. Bununla yanaşı, paytaxtın "Ağ şəhər" ərazisində və Abşeron yarımadasının qəsəbələrində su və kanalizasiya sistemlərinin yaradılması layihələri davam etdiriləcək. "Azərsu" Açıq Səhimdar Cəmiyyəti tərəfindən müasir tələblər səviyyəsində qurulan Təlim və İnnovasiyalar Mərkəzinin yaradılması layihəsi yekunlaşacaq. Qurum bu il daha 5 elektron xidmət istifadəyə verərək, elektron xidmətlərin sayını 9-a çatdıracaq.