Çexiyadan Azərbaycan şirkətlərinə


Digərləri 10 Fev 2018 18:52:42 224 0

Çexiyadan Azərbaycan şirkətlərinə

Çexiya Azərbaycan şirkətlərini neft-kimya, elektrotexnika və mexanika sənayesi sahələrinə investisiya qoymağa dəvət edir.

Son.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Tomaş Güner deyib.

Nazir qeyd edib ki, Azərbaycanın təbii ehtiyatlarla zəngin olması xarici investorların, o cümlədən Çexiya şirkətlərinin böyük marağını cəlb edən səbəblərdəndir: "Onlar artıq Azərbaycana investisiya qoyurlar. 2005-ci ildən 2015-ci ilədək Çexiya bankları Azərbaycandan iki milyard dollar həcmində ixrac əməliyyatlarını dəstəkləyib. Hazırda Azərbaycanda Çexiya kapitalı ilə 19 şirkət fəaliyyət göstərir".

T.Günerin sözlərinə görə, digər tərəfdən Çexiya iqtisadiyyatına qoyulan Azərbaycan investisiyaları çox azdır və investisiyaların yalnız 2 faizə yaxınını təşkil edir. Bunlar əsasən, daşınmaz əmlak və hotellərə yönəlib.