Azərbaycan 2025ci ilə qədər çəltik yığımını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır


Digərləri 10 Fev 2018 18:20:00 290 0

Azərbaycan 2025ci ilə qədər çəltik yığımını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır

2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu Prezidentin sərəncamı ilə təsdiq edilmiş çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulub.

Proqramda qeyd edilir ki, 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb. 2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılıb, ölkə üzrə 15,9 min ton məhsul toplanıb və orta məhsuldarlıq 31,1 s/ha olub: