Gəncəlinin evində 5 kiloya yaxın marixuana tapıldı


Kriminal 10 Fev 2018 18:24:00 278 0

Gəncəlinin evində 5 kiloya yaxın marixuana tapıldı

Ötən gün Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, fevralın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Qiyasbəyli olduğu məlum olub. Baxış zamanı onun üzərindən 47 qram tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan  əlavə olaraq  4 kiloqram 6 qram marixuana və 985 qram tiryək aşkar edilib.