Köhnə qarajda xəzinə tapıldı VİDEO FOTO


Digərləri 10 Fev 2018 17:26:00 248 0

Köhnə qarajda xəzinə tapıldı  VİDEO  FOTO

YouTube-dakı "Barn Find Hunter" kanalının eksperti Ben Kotter ABŞ-ın Şimali Karolina ştatındakı qarajlardan birində 4 nadir və bahalı avtomobil aşkarlayıb.

Son.az bildirir ki, Ferrari 275 GTB, 427 Shelby Cobra, Morgan və Triumph TR6 avtomobilləri qarajda 27 il hərəkətsiz qalmışdılar.

Qarajın sahibi 1991-ci ildə vəfat edəndən sonra bu avtomobillərə kimsə toxunmayıb.

1966-cı ildə istehsal olunmuş Ferrari 275 GTB/2 Long Nose və 1967-ci ilə məxsus Shelby Cobra  avtomobilləri 3,2 milyon dollarlıq ilkin qiymətlə satışa çıxarılıb.

1960-cı illərin bu superkarlarının çox qısa müddətdə satılmağı şübhə doğurmur.

52 il əvvəl istehsal edilmiş Ferrari 275 GTB/2 cəmi 14 min kilometr qət edib. 3,3 litr həcmli, 12 silindrli bu maşın yaxşı vəziyyətdədir.

2 yerli Shelby-nin əyləc sistemi nasaz olduğundan o, hərraca xüsusi treylerlə aparılacaq.