"Bizim nəfəsimizi kəsirlər" Əhmədlidə narazılıq FOTO


Digərləri 10 Fev 2018 17:30:00 242 0

"Bizim nəfəsimizi kəsirlər"  Əhmədlidə narazılıq  FOTO

"Şikayət etmədiyimiz yer qalmayıb. Bunlar insanların qəsdinə durublar. Heç kimə məhəl qoymurlar. Mətbuatda da dəfələrlə gedib, bütün dövlət qurumlarına da şikayət etmişik, lakin bunların öhdəsindən gələ bilmirlər, sanki".

Son.az xəbər verir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 41 ünvanında məskunlaşan sakinlərin PressClub.Az-a söylədiklərindəndir bu cümlələr. İddia edirlər ki, "Ressan MMC" sakinlərin qəsdinə durub.

Bakıda sakinlər TƏŞVİŞ İÇİNDƏ - "Balalarımız harada oynamalıdır?!" - FOTO Onların sözlərinə görə tikinti şirkəti məhəllələrindəki bütün yaşıllığı məhv edərək orada növbəti binanı inşa etmək istəyir. "Gecə də dayanmırlar. Ağaclara kimyəvi maddələr tökərək məhv etməyə çalışırlar. Demək olar ki, həyətdə salamat ağac qalmayıb".

Sakinlər bildirirlər ki, həmin ərazidən binanın inşa edilməsi təhlükəsizlik normalarının ciddi şəkildə pozulmasıdır: Bunadan sonra məhləyə nə təcili yardım, nə də yanğınsöndürən maşın girə biləcək. Vəziyyət o dərəcə acınacaqlıdır. Bina sakinlərinin şəxsi avtomobillərini saxlamağa, uşaqların oynamaqları üçün yerdən söhbət belə gedə biməz".

Sakinlər bildirirlər ki, Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamenti ağaclarla bağlı akt da tərtib edib. Lakin buna məhəl qoyulmayıb, ağaclar məhv edilib.

Sakinlər məələ ilə bağlı kütləvi şəkildə etiraz da ediblər. Hətta polislər də cəlb olunub əraziyə və nəticədə sakinlərə xəbərdarlıq edilib. Tikinti şikrəti isə öz işindədir.

Ekologiya Nazirliyi 14 iyulda Mahir İsmayıl İcra hakimiyyətinin

Bakı Ekologiya və Təbii Sərvətlər Departamentondən isə PressClub.Az-a bildirdilər ki, sözügedən ərazidə ağacların budanması işləri aparılır, hər hans kəsimdən söhbət gedə bilməz.

Departamentdən qeyd etdilər ki, həmin ünvanda ilk bina tikilən zaman ağacların kəsilməsi halı qeydə alınıb ki, buna görə də şirkət rəhbərliyi onminlərlə manat məbləğində cərimələnib: Biz sakinlərin şikayəti əsasında ora yenə baş kəsmişik. Deyilən ünvanda sakinlıərin iddia etdiyi kimi yeni bina tikintisindən söhbət getmir. Ərazidəki ağaclar sadəcə budanıb. Şikrət rəsmiləri ilə də görüşdük. Onlar əmin edilər ki, heç bir ağac kəsimindən və bina tikindisindən söhbət gedə bilməz. Əksinə onlar ərazini abadalaşdırmaq niyyətindədirlər".

Departamdentdən bildirdilər ki, həmin ərazidə bütün ağaclar tərəflərindən qeydiyyata alınıb. Məsələ ilə bağlı icra hakimiyyəti və aidiyyəti Mənzil İstismar Sahəsi məlumatlandırılıb. Orada tikinti aparıla bilməz, çünki məsələ dövlət orqanlarınını diqqətindədir.