Müdafiə naziri qoşunların döyüş hazırlığı ilə bağlı tapşırıq verib FOTO


Siyasət 10 Fev 2018 15:30:00 490 0

Müdafiə naziri qoşunların döyüş hazırlığı ilə bağlı tapşırıq verib  FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusu barədə söylədiyi fikirləri vurğulayan Müdafiə naziri, cari ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Ali Baş Komandanın ordu quruculuğunun prioritet məsələ olması, ölkəmizin silahlanması, eləcə də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun şanlı tarixi qələbə əldə etməsi barədə səsləndirdiyi fikirləri xüsusi qeyd edən nazir bildirib ki, dövlətimiz və xalqımız tərəfindən Azərbaycan əsgərinə hər zaman yüksək qiymət verilir.

Cəbhə xəttində əməliyyat şəraitində yaranmış son vəziyyətin təhlilini aparan nazir qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, onların döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.


Xəbərə aid foto