Türkiyədə terrorçulara cəsasət verən narkotik müsadirə olundu


Dünya 10 Fev 2018 13:55:00 244 0

Türkiyədə terrorçulara cəsasət verən narkotik müsadirə olundu

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatını apardığı Suriyanın Afrin bölgəsindəki PYD terrorçularına göndərilən 250 min narkotik maddə ələ keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, araşdırma zamanı bu narkotik maddələrin cəsarət verici xüsusiyyəti olduğu aşkar edilib.

Narkotikin müsadirə olunduğu Adanada 2 nəfər saxlanılıb. Məlum olub ki, narkotik vasitələr əvvəlcə Türkiyənin Hatay vilayətinə, oradan da Afrinə göndəriləcəkdi.