Suriya İsrailin "F16"sını belə vurdu FOTO


Dünya 10 Fev 2018 13:30:00 286 1

Suriya İsrailin "F16"sını belə vurdu  FOTO

İsrail Silhalı Qüvvələrinə məxsus "F-16" qırıcı İsrail-Suriya sərhədində vurulduğu barədə məlumat vermişdik.

Suriya hava sərhəddini pozan İsrailə aid bir F-16-nı hava hücumundan müdafiə sistemindən istifadə edərək vurub. 

Son.az CNN-ə istinadən xəbər verir ki, İsrailin təsdiq etdiyi hadisədə İranın dronlu hücumundan sonra bu ölkənin Suriyadakı hərbi bazalarını hədəf alan İsrailin "F-16"sının vurulma anının görüntüləri yayılıb.

Hərbi təyyarə İsrailin şimalına düşüb, 2 pilotundan birinin vəziyyətinin ağır olduğu deyilir.