YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir


Siyasət 10 Fev 2018 13:11:25 303 0

YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilir

Partiya sədrinin müavini çıxış edib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli ümumrespublika müşavirəsi keçirilir.

"Report"un xəbərinə görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də prezident seçkilərinin keçiriləcəyini bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı Prezident İlham Əliyevin bu seçkilərdə namizədliyini irəli sürüb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunub. Bu reallıqlar Prezident İlham Əliyevin siyasi reytinqini daha da artırıb. Ə.Əhmədov qeyd edib ki, qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər növbəti yeddi ildə özünün və ailəsinin firavanlığına səs verəcəklər. Əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkəmizin daha da qüdrətlənməsi Prezident İlham Əliyevin siyasətinin əsas prioritetləridir.

Ümumrespublika müşavirəsi işini davam etdirir.