Bakıda uşaqlar bir gecəyə 4 mağazanı soydular FOTO


Kriminal 10 Fev 2018 13:20:00 270 0

Bakıda uşaqlar bir gecəyə 4 mağazanı soydular  FOTO

Paytaxt ərazisində bir gecədə 4 obyektdən oğurluq edən yeniyetmələr tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, fevralın 9-da gecə saatlarında Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan şirniyyat evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları bir neçə saniyə ərzində həmin ünvana çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluq edildiyi müəyyən edilib.

Həmin cinayəti törətməkdə şübhəli bilinən, 2 nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkar olunaraq maddi sübut kimi götürülüb.


Xəbərə aid fotolar