Polislər 13 yaşlı xəstə Aydana şəxsiyyət vəsiqəsi vermək üçün evinə getdilər FOTO


Digərləri 10 Fev 2018 12:34:57 455 0

Polislər 13 yaşlı xəstə Aydana şəxsiyyət vəsiqəsi vermək üçün evinə getdilər  FOTO

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN-dən Son.az-a verilən məlumata görə, bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbir Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən Sulutəpə qəsəbəsində keçirilib.

Xocasən Bələdiyyəsinin inzibati binasında keçirilən tədbir zamanı ümumilikdə 40 nəfərin sənədləri qəbul edilib. Onların əksəriyyəti ilk dəfə şəxsiyyət vəsiqəsi alıb. Müraciət edənlərin qan qrupunu müəyyən etmək üçün 15 nömrəli Poliklinikanın tibb işçiləri də cəb olunublar.

Belə tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Bu dəfə polis əməkdaşları qəsəbə sakini, fiziki qüsurlu 13 yaşlı Aydan Əliyevanı yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onun yaşadığı ünvana gəlib, müvafiq sənədləri toplayıblar.  


Xəbərə aid fotolar