Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş torpaqlarını ziyarət ediblər


Siyasət 10 Fev 2018 11:58:48 343 0

Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş torpaqlarını ziyarət ediblər

Vasitəçilər Dağlıq Qarabağın qeyri-qanuni separatçı rejimin nümayəndəsi ilə görüşüblər

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına səfər ediblər.

Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.

Səfər zamanı vasitəçilər Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda yaradılmış qeyri-qanuni separatçı rejimin nümayəndəsi Bako Saakyan ilə görüşüblər.