Kanada baş nazirinin korteji qəzaya uğradı


Dünya 10 Fev 2018 11:51:00 280 0

Kanada baş nazirinin korteji qəzaya uğradı

Kanadanın baş naziri Castin Trüdonun maşın korteji qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

Qəza nəticəsində baş nazir xəsarət almayıb.

Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən Toyota markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.