DTX və DİN Ağdamda əməliyyat keçirib: silah-sursat götürülüb


Digərləri 10 Fev 2018 11:51:00 247 0

DTX və DİN Ağdamda əməliyyat keçirib: silah-sursat götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülüb.

Bakı. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb. Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Birinci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.