"Keşlə"nin futbolçusu: "Onlar ailəmi təhqir etmək məcburiyyətində deyillər"


İdman 10 Fev 2018 11:22:00 268 0

"Keşlə"nin futbolçusu: "Onlar ailəmi təhqir etmək məcburiyyətində deyillər"

"Keşlə"nin braziliyalı legioneri Denis Silva Kruz sosial şəbəkə hesabında azarkeşlərdən narazlıq edib.

32 yaşlı stopper qeyd edibi ki, bir sıra şəxslər sosial şəbəkədə onun xanımı və qızını təhqir edir:

"Mən təmənnasız mesajlardan yorulmuşam. Uzun illərdir buradayam və Azərbaycanın çörəyini yeyirəm. Ancaq bəzi şəxslər necə düşünürlər?! Onlar məni təhqir etmək məcburiyyətində deyillər! Həmin şəxslər həyat yoldaşımla qızımı təhqir erməməlidirlər! 10 ildir ki, Azərbaycandayam. Bu müddət ərzində hər kəsə hörmətlə yanaşıram. Ən azı mənim istədiyim şey də eynidir".

Qeyd edək ki, Silva 2008-ci ildə ölkəmizə ayaq basıb. O, "Xəzər Lənkəran" və "Neftçi"də də çıxış edib.