Səlim Müslümov: "Ünvanlı sosial yardımın verilməsində heç bir səlahiyyətə malik deyilik"
Sosial 10 Fev 2018 11:00:46 338 0
Nazir əhaliyə xəbərdarlıq edib
"Report" xəbər verir ki, nazir keçirdiyi mətbuat konfransında hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və şəhər şöbələri ÜSY ilə bağlı heç bir səlahiyyətə malik olmadığını deyib.
O bildirib ki, ÜSY-yə aid bütün prosedurlar elektron sistemlə həyata keçirir: "Kimlərinsə sözünə aldanmayın ki, sizi pis vəziyyətə salmasınlar. Sadəcə olaraq notariusdan ərizə alaraq elektron qaydada VEMTAS vasitəsilə müraciət etmək olar. Bununla da iş bitir və 15 gün ərzində cavab gəlir".
S.Müslümov deyib ki, nazirliyə daxil olan məlumatlara görə əlilliyin təyin olunması prosesi zamanı da hələ bu problemlər qalmaqdadır: "Hansısa yerli TSEK-ə getmək mənasızdır. Çünki o işə həmin TSEK baxmır. Bir rayona aid olan iş həmişə başqa rayonun TSEK-inə göndərilir, həm də sənədlər anonim olur. Sadəcə olaraq göndərişdə hər şey dəqiq yazılmalıdır. Bu halda da dəqiq şəkildə əlilliyin təyin olunması məsələsinə baxılacaq. Elektron sistem nə məmurlara, nə də hər hansı vətəndaşlara manipulyasiya etmək yeri qoymur, aldanmasınlar".