Körpəni doğub küçəyə atanları hansı cəza gözləyir?


Digərləri 10 Fev 2018 10:56:00 337 0

Körpəni doğub küçəyə atanları hansı cəza gözləyir?

Hər il dünyada 10 milyona yaxın uşaq valideynləri tərəfindən atılır. Azərbaycanda isə rəsmi məlumatlara görə, ildə 50-yə yaxın yeni doğulan uşaq küçəyə atılır. Qeyri-rəsmi məlumatlara görə isə reallıqda küçəyə atılmış körpələrin sayı qat-qat çoxdur.

Elə bir neçə gün əvvəl Bərdədə baş verən dəhşətli hadisə hamını şoka salıb. Yeddi aylıq doğulan körpəni kənd sakinləri küçədə tapmışdı. Xəstəxanaya aparılan qızcığazın həyatını həkimlər xilas edə bilməyiblər.

Körpələrinə bu cür bədbəxt tale yaşadan valideynlərin hansı cəza gözlədiyi ilə bağlı qısa araşdırma apardıq. 

Son.az xəbər verir ki, "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə qafqazinfo-ya açıqlamasında bildirib ki, anaların körpələrini küçəyə atmasının başlıca səbəblərindən biri onların mənəviyyatsız və əxlaqsız olmasıdır. Onun sözlərinə görə, qadınlar özlərini cilovlaya bilməyəndə ehtiraslarına qurban gedirlər.

K.Ağazadə əlavə olaraq qeyd edib ki, fəaliyyəti dövründə sığınacaqda belə hallara rast gəlməyib.