Türkiyə Afrində terrorçuların mövqelərini bombaladı


Dünya 10 Fev 2018 09:17:00 283 0

Türkiyə Afrində terrorçuların mövqelərini bombaladı

Türkiyə Silahlı Qüvvələri Afrində yerləşən PYD/YPG, PKK və İŞİD terrorçularının mövqelərini bombalayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat həm havadan, həm də qurudan həyata keçirilir. Əməliyyatda türk qırıcıları və tankları iştirak edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.