Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası


Digərləri 10 Fev 2018 08:33:00 281 0

Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında qərar qəbul olunub.

Son.az Trend-ə istinadən bildirir ki, qərar baş nazir Artur Rasi-zadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbaliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tərəfində imzalanıb.