Çin 1,4 milyard smartfon və 500 milyon mobil telefon tədarük edib


Digərləri 10 Fev 2018 08:35:00 297 0

Çin 1,4 milyard smartfon və 500 milyon mobil telefon tədarük edib

Çinin Sənaye və İnformasiya Nazirliyi (China's Ministry of Industry and Information Technology) ölkənin 2017-ci ildə dünya kompüter, televizor və mobil cihazlar bazarına bəxş etdiyi yatırımları barə qısa məlumatını dərc edib. 

Son.az lent.az-a istinadən bildirir ki, bir il ərzində Çin istehsalçıları 1,4 milyard ədəd smartfon tədarük ediblər. Bu, 2016-cı ilin göstəricilərindən 0,7 faiz çoxdur.    Mobil telefonların tədarükü 4,23 faiz artıb və 500 milyon ədəd təşkil edib. 2017-ci ildə Çin şirkətləri 48,06 milyon ədəd stolüstü kompüter tədarük ediblər ki, bu da daha əvvəlki illə müqayisədə 10,6 faiz çoxdur.

Ötən il 172,44 milyon ədəd noutbuk tədarük edilib ki, bu da 2016-cı illə müqayisədə 7 faiz çoxdur. Planşetlərin tədarükü də 4,4 faiz artaraq 86,28 milyon ədədə çatıb.    Televizorlara gəldikdə, onların da tədarükü 1,2 faiz artaraq 169,01 milyon ədəd olub. Yalnız Smart TV kateqoriyasına nəzər saldıqda, o zaman Çin şirkətlərinin tədarükü 109,31 milyon ədəd olub ki, bu da daha əvvəlki illə müqayisədə 6,9 faiz artım deməkdir.