İnquşetiya Azərbaycandan Qətərə içməli su tədarük edə bilər


Digərləri 10 Fev 2018 08:38:00 282 0

İnquşetiya Azərbaycandan Qətərə içməli su tədarük edə bilər

Hazırda Qətərə içməli su tədarükünün logistikası hazırlanır

İnquşetiya Qətərə içməli suyun çatdırılması məsələsini nəzərdən keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TASS agentliyinə İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov deyib.

Onun sözlərinə görə, suyun Qətərə çatdırılmasının bir neçə yolu var: bu həm hava, həm dəniz, həm də quru vasitəsi ilə həyata keçirilə bilər. "Qətərin İranla yaxşı münasibətləri var. Ona görə, Novorossiysk, yaxud Mahaçqala və Həştərxan limanlarından dənizlə tədarük mümkündür. Həmçinin Azərbaycandan, İrandan keçməklə "təkər üzərində" ola bilər", - deyə Yevkurov qeyd edib.