ABŞda həftə ərzində qripdən 16 uşaq ölüb


Dünya 10 Fev 2018 08:20:00 261 0

ABŞda həftə ərzində qripdən 16 uşaq ölüb

Qış mövsümü başlayandan epidemiyadan 63 uşaq ölümü qeydə alınıb

Birləşmiş Ştatlarda həftə ərzində qrip epidemiyasından 16 uşaq həyatını itirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə hökumət yanında Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, qrip epidemiyasından həftə ərzində 16, qış mövsümü başlayandan isə 63 uşaq həyatını itirib. Hökumət ölənlərin sayının artacağını gözləyir. Həkimlər yoluxma halında peyvənd etməyi, planları təxirə salmağı və evdə qalmağı məsləhət görürlər.