Amerikalı aktyor Con Qevin vəfat edib


Digərləri 10 Fev 2018 08:08:00 252 0

Amerikalı aktyor Con Qevin vəfat edib

O, Spartak filmində Yuli Sezar rolunu canlandırıb

Amerikalı aktyor Con Qevin 86 yaşında vətənində vəfat edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə aktyorun həyat yoldaşının menecerinə istinadən "Fox News" məlumat yayıb.

O, tamaşaçılara daha çox "Psixo" filmindəki Sem Lumis rolu iə tanışdır. Aktyor həmçinin "Spartak" filmində Yuli Sezar rolunu canlandırıb. Con Qevin bir müddət ABŞ-ın Meksikadakı səfiri işləyib.