Rusiyanın Ufa şəhərindən Bakıya yeni birbaşa aviareys açılır


İqtisadiyyat 10 Fev 2018 06:49:31 397 0

Rusiyanın Ufa şəhərindən Bakıya yeni birbaşa aviareys açılır

Biletlərin minimal qiyməti 600 manatdır

Rusiyanın Ufa şəhərindən Bakıya yeni birbaşa aviareyslər açılır. Uçuşları "Saratov Hava Yolları" şirkəti həyata keçirəcək.

"Report" "UfacityNews.ru" saytına istinadən xəbər verir ki, daşıyıcı ötən gündən etibarən sözügedən istiqamətdə biletləri satışa çıxarıb.

Ufa-Bakı-Ufa reysləri martın 29-dan başlayaraq "AN-148" hava gəmiləri vasitəsi ilə cümə axşamları yerinə yetiriləcək. Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqədir. Geri uçuşlar Bakı vaxtı ilə 05:40-da, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.

Hər iki istiqamətdə uçuş biletinin promo-tarif üzrə minimal qiyməti təqribən 600 manat (20 516 rubl) təşkil edir.