Cənubi Sudanda qəsəbənin adının dəyişdirilməsi 15 nəfərin ölümünə səbəb olub


Dünya 10 Fev 2018 04:14:48 304 0

Cənubi Sudanda qəsəbənin adının dəyişdirilməsi 15 nəfərin ölümünə səbəb olub

Qəbilələrarası davada 8 nəfər yaralanıb

Cənubi Sudanın Conqley ştatında qəsəbənin adının dəyişdirilməsi üstündə yaranan münaqişə nəticəsində azı 15 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət nümayəndəsinə istinadən "Sinxua" məlumat yayıb.

"Qəbilələrarası toqquşma çərşənbə günü başlayıb və cümə axşamı davam edib, 15 nəfər ölüb, 8-i yaralanıb", - deyə Cakob ştatının nümayəndəsi Akeç Denq bildirib.

Qəbilələrdən biri ötən ilin dekabrında kəndin adının dəyişdirilməsi üstündə düşən mübahisə nəticəsində öldürülən şəxsin qisasını almaq məqsədi ilə Kolanq-Payam (Kolang Payam) yaşayış məntəqəsinə hücum edib.