Müəlliflərin Müəllif Hüquqları Agentliyinə ödəyəcək haqqının məbləği müəyyənləşib


Digərləri 10 Fev 2018 03:06:25 292 0

Müəlliflərin Müəllif Hüquqları Agentliyinə ödəyəcək haqqının məbləği müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə" qərar qəbul edib.

Bakı. Azərbaycan Respublikası Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə" qərar qəbul edib. Qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb. Trend-in məlumatına görə, qərar Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarının 5 (beş) faizini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə illik haqq şəklində ödənişi nəzərdə tutur.