Günün qoroskopu: pozitiv olun, bədbin fikirlərdən uzaq durun


Digərləri 10 Fev 2018 00:01:00 347 0

Günün qoroskopu: pozitiv olun, bədbin fikirlərdən uzaq durun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.

Buğa - günün ilk yarısından etibarən sürətlə çalışmağa başlayın. İşlərin axarına süni təkan verməyin. Boş söhbətlərə qatılmayın. Dövr üçün aktual məsələlərin müzakirəsinə başlayın. Yeni tanışlıqlar və layihələr olacaq.

Günün ikinci yarısında emosional durumunuza hakim olun. İntuisiyadan daha çox məntiqə güvənin. Sayıq davranın.

Evlə bağlı qəfil problemlər yarana bilər. Texnika və ya mexanizmin sıradan çıxması istisna deyil. Axşam saatlarında dostlarla görüşə bilərsiniz.

Müsbət emosiyalarınızı əsirgəməyin.

Əkizlər - daşınmaz əmlak, ticarət və xidmət sahələrində çalışırsınızsa, uğurlu gündür. Ailə büdcəsini yaxşı planlaşdırın, bədxərcliyə yol verməyin.

Maliyyə məsələlərində diqqətli olun. Alış-verişə çox baş qoşmayın.

Günün ikinci yarısında maddi məqamların çözülməsində dostların və tanışların yardımlarından bəhrələnə bilərsiniz. Həddən artıq işləməyin. Əks təqdirdə ifrat yorğunluq, stress hiss edəcəksiniz.

Axşam saatlarında neqativ anların "intiqam"ını ailə üzvlərindən almayın.

Xərçəng - bu gün sizi yalnız daxili aləminiz maraqlandırmasın. Dəyər verdiyiniz insanlarla təmaslarda laqeyd və soyuqqanlı olmayın. İzafi emosionallıqda zərər var. Yaradıcılıq potensialınızı ağır problemlərin həllinə yönəldin. İnciklik və anlaşılmazlıq yaranarsa, qarşı tərəfin istəklərini anlamağa çalışın.

Günün ikinci yarısında dartışmalara, fikirlərin mütləq şəkildə aydınlaşdırılmasına meylli olmayın. Ətrafdakı insanların can atdıqları məqsədlərin nədən ibarət olduğunu təhlil edin.

Axşam saatlarında normal istirahətə haqqınız var.

Şir - maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın.

Yeni layihələrin reallaşdırılmasını ertələyin. Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın.

Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin. Sevdiyiniz insan sizi dəstəkləyəcək.

Subaysınızsa, aradığınız insanı tapacaqsınız.

Qız - qrup və korporativ maraqları ümdə məsələ sayaraq yaxınlarınızın mənafelərini unutmayın. Əsas məsələ mənfəət deyil. Bütün fəaliyyətinizi, sadəcə, gəlir əldə etmək üstündə kökləməyin. Saatlar keçdikcə enerjiniz artmalıdır.

Aktiv olun, problemlərin həllində yeni ideyalardan yararlanın.

Praqmat davranın.

Günün ikinci yarısında yaxınlarınızın mübhəm saxlamağa çalışdıqları məqamları nəyin bahasına olursa-olsun, öyrənməyə çalşımayın. Tərəfdaş və ya şəriklə dost münasibətlər qurun. Belə münasibətlərin yaxşı perspektivləri var.