Telefonlar beyin xərçənginə səbəb ola bilərmi?


Digərləri 09 Fev 2018 23:30:00 322 0

Telefonlar beyin xərçənginə səbəb ola bilərmi?

Bu sual müxtəlif ölkələrdən olan bir çox alim və tətqiqatçıları narahat edir.

Telefonların beyinin sağlamlığına olan təsirinə onlarla araşdırmalar həsr olunub. Araşdırmaların heç biri telefonların şüalanması ilə beyin xərçəngi arasında əlaqəni aşkar etməyib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, son belə araşdırma ABŞ-da keçirilib. 2 il ərzində amerikalı alimlər 3000 siçovulun üzərində eksperiment aparıb. Siçovullar xüsusi kameralarda 9 saat ərzində müasir telefonların şüalanmasına məruz qalırdılar.

Eksperiment göstərib ki, şüalanma nəticəsində erkək siçovullarda ürək şişlərinin riski bir qədər artsa da, dişi siçovullarda heç bir dəyişiklik baş verməyib.