İnkassator qızını qaçıran cinayətkarlara 26 milyon avro verib


Digərləri 09 Fev 2018 23:10:00 296 0

İnkassator qızını qaçıran cinayətkarlara 26 milyon avro verib

Fransalı inkassator Lionda qızını qaçıran cinayətkarlara 26 milyon avro verməyə məcbur olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 8-də axşam saatlarında cinayətkarlar çilingər adı ilə qızın evinə girib və onu qaçırıblar. Bundan sonra onlar girovun İsveçrədə inkassator işləyən atası ilə əlaqə saxlayaraq qızının qarşılığında furqondakı nağd pulu tələb ediblər.

Görüş İsveçrədə baş tutub. İnkassator cinayətkarlara 15 milyondan 30 milyonadək İsveçrə frankı (13-26 milyon avro) məbləğində pul verib. Bir qədər sonra jandarmeriya qızı Fransanın En departamentinin Tramua kommunasında aşkarlayıb.