Yük və minik avtomobilləri toqquşub, xəsarət alan var


Digərləri 09 Fev 2018 22:31:00 260 0

Yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Bakı-Qazax magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində "BMW" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.