Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir? VİDEO


Digərləri 09 Fev 2018 22:00:00 285 0

Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?  VİDEO

Bir sıra hallarda işıq, qaz və elektrik sayğacları quraşdırılandan sonra yararsız hala düşdükdə vətəndaşlarla əlaqədar qurumlar arasında mübahisələr yaranır.

Son.az bildirir ki, mübahisəli məqamlarda vətəndaşlar sayağacın dövlət qurumları, aidiyyati qurumlar isə vətəndaş tərəfindən alınıb, qoyulmalı olduğunu bildirirlər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirir ki, əhalinin istifadə etdiyi qaz sayğaclarına kimin müdaxilə etməsindən asılı olmayaraq, yararsız hala düşərsə onun ödənişini vətəndaşlar etməlidir.

Yalnız polis və ya digər dövlət qurumları tərəfindən sayğacın başqa şəxslər tərəfindən qırılmasına dair sənəd olarsa, "Azəriqaz" sayğacı öz hesabına dəyişdirə bilər.

Sayğaclarla bağlı mübahisələrə toxunan "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, əhali üçün sayğacların ilkin quraşdırması tam pulsuz olsa da, müdaxilə hallarında bu məsuliyyət vətəndaşın üzərində qalır. Ancaq texniki nasazlıq istisna olmaqla.