Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır VİDEO


Digərləri 09 Fev 2018 22:06:00 300 0

Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır  VİDEO

Broyler toyuqları kənd toyuğu adı ilə vətəndaşlara satılır.

Həmin toyuğu alıb istifadə edən müştərilər isə sonradan məhsulun keyfiyyətində fərqliliyin şahidi olurlar.

Son.az bildirir ki, paytaxtın Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarı yaxınlıgında yolun kənarında olan ticarət köşklərində toyuq məhsulları satılır. Köşklərdə vətəndaşlara həm broyler, həm də kənd toyuğu təklif edilir. Maraqlısı isə odur ki, kənd toyuğu ilə broyler toyuğunun qiyməti arasında elə də böyük fərq yoxdur.

Satılan toyuqların kənd toyuğu olmadığını elə alıcılar da təsdiq edir.

Satcılar iddia edirlər ki, satdıqları toyuqlar müxtəlif rayonlarda kənd şəraitində saxlanılaraq bəslənilir. Sonra isə kəsilərək bazara gətirib, vətəndaşlara satırlar.