ABŞ aeroportlarında qar səbəbindən 1,2 mindən çox aviareys ləğv olunub
Dünya 09 Fev 2018 21:47:39 285 0
Daha 1159 aviareys gecikib
Güclü qar Birləşmiş Ştatlarda hava limanlarının işinə əngəl törədib.
"Report" xəbər verir ki, mülki təyyarələrin hərəkət trayektoriyasını izləyən "FlightAware" saytının məlumatına görə, ölkədə 1,2 mindən çox reys ləğv olunub.
Bakı vaxtı ilə 20:36-a olan vəziyyətə görə, 1254 reys ləğv olunub, 1159 aviareys gecikib.
Bununla belə, daha çox reys Çikaqo (İllinoys ştatı) və Detroyt (Miçiqan ştatı) hava limanlarında ləğv olunub.
CNN telekanalı meteoroloqlara istinadən xəbər verir ki, Arktika siklonu mərkəzi ştatlardan keçməklə şimal-qərbdən hərəkət edir. Həmin ərazilərdə 25 milyondan çox amerikalının yaşadığı bildirilir.
Mənbə: report.az