Rusiyada qılıncdişli maral ilk dəfə videoya düşüb VİDEO


Digərləri 09 Fev 2018 21:42:00 277 0

Rusiyada qılıncdişli maral ilk dəfə videoya düşüb  VİDEO

Bu, Primorskidə yaşayan dırnaqlıların ən qeyri-adi növüdür

Rusiyanın Primorski diyarının "Bəbir torpağı" milli parkında ilk dəfə olaraq qılıncdişli maral fototələ vasitəsi ilə qeydə alınıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə parkın mətbuat xidməti məlumat yayıb.

Maralların bu növü Primorskidə yaşayan dırnaqlıların nümayəndələrindən ən qeyri-adisidir.

"Bu növün erkək nümayəndələri qılıncvari çıxıntıdan qovma zamanı dişi marallar uğrunda mübarizədə istifadə edirlər. Bəzən yara o qədər ciddi olur ki, məğlub olan maral ölür", - deyə milli parkın elmi işçiləri bildiriblər.