Sürücülük vəsiqəsini almaq istəyirsinizsə... VİDEO


Digərləri 09 Fev 2018 21:45:00 285 0

Sürücülük vəsiqəsini almaq istəyirsinizsə...  VİDEO

Cəriməsini ödəməkdən imtina edən piyadalara qarşı tədbirlər gücləndirilib. Bundan sonra yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən piyadalar cərimələrini ödəməsələr, bəzi sənədləri ala bilməyəcəklər.

Son.az bildirir ki, piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsini təmin etmək üçün "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib.

Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynovun sözlərinə görə, əksər piyadalar illər keçsə də, cərimələri ödəməkdən boyun qaçırırlar. Qanuna dəyişikliklərin edilməsində əsas məqsəd də məhz ödənilməyən cərimələrin qalmamasıdır. Bu dəyişiklik, həmçinin piyadaların üzərinə bəzi vəzifələr qoyur.