Alpinistləri axtarmaq üçün gələn türkiyəli mütəxəssislər axtarışları dayandırdı


Digərləri 09 Fev 2018 21:36:00 279 0

Alpinistləri axtarmaq üçün gələn türkiyəli mütəxəssislər axtarışları dayandırdı

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına cəlb edilən xarici mütəxəssislər axtarışları dayandırıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bir müddət əvvəl Qubada alpinistlərin axtarışlarına qoşulan, xüsusi qurğularla təmin edilən türkiyəli iki mütəxəssis axtarışları artıq dayandırıb.

Məlumata görə, Türkiyədən gələn mütəxəssislər axtarış dəstəsindən ayrılıb və öz ölkələrinə qayıdıblar.