Alpinistləri axtarmaq üçün gələn türkiyəli mütəxəssislər axtarışları dayandırdı
Digərləri 09 Fev 2018 21:34:12 242 0
Axtarışlara cəlb edilən xarici mütəxəssislər axtarışları dayandırıb.
Bakı. Samir Əli -
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına cəlb edilən xarici mütəxəssislər axtarışları dayandırıblar.
Trend-in məlumatına görə, bir müddət əvvəl Qubada alpinistlərin axtarışlarına qoşulan, xüsusi qurğularla təmin edilən türkiyəli iki mütəxəssis axtarışları artıq dayandırıb.
Məlumata görə, Türkiyədən gələn mütəxəssislər axtarış dəstəsindən ayrılıb və öz ölkələrinə qayıdıblar.
Mənbə: az.trend.az