ABŞ Liviyaya qarşı sanksiyaların müddətini uzadıb


Dünya 09 Fev 2018 21:21:00 253 0

ABŞ Liviyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp 2011-ci ildə Liviyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir. 

"Liviyadakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə təhlükə kəsb edir", məlumatda vurğulanıb.