Rəqqasə yenə maşının üstündə oynadı Polisin xəbərdarlığına məhəl qoymur


Digərləri 09 Fev 2018 21:09:00 309 0

Rəqqasə yenə maşının üstündə oynadı  Polisin xəbərdarlığına məhəl qoymur

Yolda avtomobili saxlayıb rəqs edən qızın yeni videosu yayılıb. Oxşar kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra xanım rəqqasə yol polisinə dəvət edilərək cərimə edilmişdi. Amma görünən odur ki, rəqqəsə bundan bir nəticə çıxarmayıb. O, yenə avtomobilin üstünə çıxaraq oynayıb.

Son.az bildirir ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda avtomobilin üstündə rəqs edən Simona Amirova bu təhlükəli hərəkətini yenindən təkrarlıyıb.

Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq oynayıb.

İlk video yayıldqıdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibini aşkar edərək inzibati qaydada cərimələyib. Amma görünür xəbərdarlıq kifayət etməyib. Görüntülərdən məlum olur ki, xanım bu rəqsi ilə digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. Simona avtomobil üzərində rəqs etməsindən zövq aldığını deyir.

Əməlindən peşman olmadığını bildirən gənc rəqqasə, bundan sonra avtomobilin üstündə rəqs etməyəcəyini deyir.