Biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiyanın iclası keçirilib
Digərləri 09 Fev 2018 19:50:00 279 0
"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair" Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti dövlət qurumlarının və biznes inkubatorların idarəedicilərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində yaradılmış əlaqələndirici komissiyanın iclası keçirilib.
Son.az Trend-ə istinadən bildirir ki, iclasda biznes inkubatorların inkişafının dəstəklənməsi istiqamətində nəzərdə tutulan tədbirlərin icrası, ölkədə fəaliyyət göstərən biznes inkubatorları əhatə edən elektron məlumat bazasının yaradılması, onların qarşılıqlı fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr aparılıb.
Mənbə: milli.az